Bank Of Baku

Paytaxtın Nəsimi rayonunda alkoqollu içkilər və tütün məmulatlarının satışına nəzarət məqsədi ilə monitorinq keçiriləcək

Paytaxtın Nəsimi rayonunda alkoqollu içkilər və tütün məmulatlarının satışına nəzarət məqsədi ilə monitorinq keçiriləcək
# 04 mart 2010 11:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının satışına nəzarət məqsədi ilə gələn həftə Bakı şəhərinin Nəsimi rayonunda monitorinq keçirəcək. Bu barədə «APA-Economics»ə Monitorinq Qrupunun rəhbəri, Kənd Təsərrüfatı Nazirliyi çoxillik əkmələr, bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsinin müdiri Elbrus Xəlilov məlumat verib.

E.Xəlilovun sözlərinə görə, ticarət obyektlərinin alkoqollu içkilərin satışı ilə bağlı qanunvericiliyə riayət edib-etməməsi yoxlanılacaq. Aşkar edilmiş nöqsanlarla bağlı müvafiq qurumlara və Vergilər Nazirliyinə məlumat veriləcək.

Monitorinq Qrupunun rəhbəri ötən ay paytaxtın Yasamal və Səbail rayonlarında 50-yə yaxın mağazada monitorinq keçirildiyini qeyd edib. Mağazalarda aşkarlanmış problemlər əsasən satılan məhsulların gigiyenik sertifikatları və hesab-fakturalarının olmaması ilə bağlı olub.

E.Xəlilov bildirib ki, əvvəlki illərlə müqayisədə nöqsanların sayında azalma müşahidə olunur. Artıq mağazalar sertifikatı və digər sənədləri olmayan məhsulları satış üçün qəbul etmir.

Monitorinqlərin plana uyğun olaraq respublikanın digər rayonlarında da keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR