Bank Of Baku

Qafqaz Konserv Zavodu MDB-nin mükafatına layiq görülüb

Qafqaz Konserv Zavodu MDB-nin mükafatına layiq görülüb
# 04 mart 2010 14:00 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Sabah Moskvada Azərbaycanın Qafqaz Konserv Zavoduna Müstəqil Dövlətlər Birliyinin (MDB) mükafatı təqdim olunacaq.

APA-nın Rusiya KİV-nə istinadən məlumatına görə, martın 5-də Moskvada MDB İqtisadi Şurasının 45-ci iclası keçiriləcək. İclas çərçivəsində 2009-cu ildə məhsul və xidmətlərin keyfiyyəti sahəsində uğurlara görə mükafatların təqdimatı da keçiriləcək. Mükafat alan müəssisələr arasında Qafqaz Konserv Zavodu ilə yanaşı, Ukraynanın «Odeskabel», Belarusun “Qomselmaş”, Qazaxıstanın “Aktübrentgen”, Rusiyanın “Nijnekamskneftxim” və s. müəssisələr də var.

Qeyd edək ki, Qafqaz Konserv Zavodu “Azersun Holding” Şirkətlər Qrupuna daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR