Bank Of Baku

Qafqaz Konserv Zavodu və İmişli Şəkər Zavoduna MDB-nin ali mükafatı təqdim olunub

Qafqaz Konserv Zavodu və İmişli Şəkər Zavoduna MDB-nin ali mükafatı təqdim olunub
# 05 mart 2010 13:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu gün Moskvada Azərbaycanın «Azersun Holding» Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən Qafqaz Konserv Zavodu və İmişli Şəkər Zavoduna MDB-nin ali mükafatı təqdim olunub.

Bu barədə «APA-Economics»ə «Azersun Holding»in mətbuat xidmətindən məlumat verilib.

İstehsal etdikləri məhsulların yüksək keyfiyyətinə və müasir idarəetmə standartlarına tam cavab verən müəssisələr Moskvada MDB İqtisadi Şurası tərəfindən təşkil olunmuş Beynəlxalq İqtisadi Forumda diplom və sertifikatla təltif olunub.

Qaliblər müəssisələrdə aparılan uzunmüddətli audit və istehsal olunan məhsulların keyfiyyətinə görə müəyyənləşdirilib. Hər iki Azərbaycan müəssisəsi göstərdikləri nəticələrə görə qalib ölkələr arasında ən yüksək balla qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR