Bank Of Baku

Azərbaycanda Bakı-Minsk Ticarət Evi dövlət qeydiyyatına alınıb

Azərbaycanda Bakı-Minsk Ticarət Evi dövlət qeydiyyatına alınıb
# 09 mart 2010 15:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda «Bakı-Minsk Ticarət İqtisadiyyat Evi» adlı şirkət dövlət qeydiyyatına alınıb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

Vergilər Nazirliyində «bir pəncərə» sistemi üzrə qeydiyyata alınmış şirkət Bakı şəhəri, Əzizbəyov rayonu, Kürkan qəsəbəsi, İ.Məcidov küçəsi, ev 42 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Fuad Əzimovdur, nizamnamə kapitalı isə 100 manat təşkil edir.

«Bakı-Minsk Ticarət İqtisadiyyat Evi» MMC-nin təsisçiləri qismində Azərbaycanın «Ekonom» şirkəti, Belarusun Minsk vilayətində meyvə-tərəvəz məhsullarının hazırlanması, satışı və istehsalının idarə edilməsi üzrə ixtisaslaşmış «Minoblplodoovoştorq» Dövlət Müəssisəsi çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR