Bank Of Baku

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi yanvar-fevral aylarında 8% artıb

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi yanvar-fevral aylarında 8% artıb
# 10 mart 2010 13:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 2009-cu ilin eyni dövrünə nisbətən 8,1% artaraq 2 mlrd. manat olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ticarət şəbəkələrindən əhaliyə 1,3 mlrd. manatlıq ərzaq, 690,4 mln. manatlıq qeyri-ərzaq malları satılıb. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə onların satışı müvafiq olaraq 8,4% və 7,9% artıb.

İki ayı ərzində əhaliyə 678 mln. manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 10,7% çox pullu xidmətlər göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR