Bank Of Baku

AQEM sentyabrda beynəlxalq Asiya biznes-forumu keçirəcək

AQEM sentyabrda beynəlxalq Asiya biznes-forumu keçirəcək
# 12 mart 2010 11:28 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) üzv ölkələri arasında effektiv və təhlükəsiz nəqliyyat dəhlizlərinin yaradılması sahəsində fəaliyyət planı hazırlayır.

APA-nın məlumatına görə, bu barədə AQEM-in icraçı direktoru Duat Bakişev bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təhlükəsiz nəqliyyat dəhlizləri layihəsi təşkilatın fəaliyyətinin perspektiv istiqamətlərindən biridir. Amma Azərbaycanın hazırladığı fəaliyyət planı sona qədər razılaşdırılmayıb. Planın AQEM-in yüksək vəzifəli şəxslər komitəsinin apreldə keçiriləcək toplantısında qəbul edilməsi gözlənilir.

D.Bakişev qeyd edib ki, təşkilatın əhəmiyyətli perspektiv istiqamətlərindən biri də informasiya texnologiyaları sahəsidir: “Bu sahə üzrə konsepsiyanı kurasiya edən Cənubi Koreya bu il AQEM üzvü olan ölkələrin ekspertləri üçün seminar keçirilməsi təklifini irəli sürüb. Sentyabrın əvvəlində isə Banqkokda AQEM üzvü olan ölkələrdə kiçik və orta biznesin inkişaf etdirilməsi üçün beynəlxalq Asiya biznes-forumu keçirilməsi nəzərdə tutulur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR