Bank Of Baku

Türkiyənin mərmər məhsulları şirkəti Azərbaycanda filial açıb

Türkiyənin mərmər məhsulları şirkəti Azərbaycanda filial açıb
# 15 mart 2010 10:05 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyənin «Megomar Mermer Granit Proje Uygulama İnşaat Sanayi ve Ticaret» şirkətinin Azərbaycanda filialı qeydiyyata alınıb.

Vergilər Nazirliyində «bir pəncərə» sistemi üzrə qeydiyyata alınmış şirkət Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 14 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Özer Uluç Gökberk Mustafadır.

Qeyd edək ki, Türkiyədə Özer ailəsinə mənsub olan «Mogomar» mərmər məhsulları şirkətinin mərkəzi ofisi İstanbulda, zavodu isə Bursa şəhərində yerləşir. Şirkət dünyanın müxtəlif ölkələrinə mərmər-qranit məhsulları ixrac edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR