Bank Of Baku

950 kq saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

950 kq saxlama müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 15 mart 2010 14:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nizami rayonunda B.Nuriyev küçəsi, ev 31 ünvanında Xavər Pənahovaya məxsus supermarketdə, B.Nuriyev küçəsi ev 9 ünvanında Barat Məmmədova məxsus mini marketdə, R.Teymurov küçəsi, ev 36 ünvanında Rövşən Hüseynova məxsus mağazada, C.Naxçıvanski küçəsində «Diana market»də, Ş.Mirzəyev küçəsi, 58 ünvanında yerləşən «Life market»də, B.Nuriyev küçəsi, 83 ünvanında Şamil Abbasova məxsus mini marketdə, C.Naxçivanski küçəsində yerləşən «Fərid market»də, K.Balakişiyev küçəsi, 8 ünvanında Tağı Bağırova məxsus mağazada, Siyəzən şəhərində H.Əliyev küçəsində Rasim Mirzəyevə məxsus mağazada, Sumqayıt şəhərində 10-cu mikrorayonda yerləşən «Azuqə market»də, 2-ci mikrorayon, Sülh küçəsində İsa Cabbarova məxsus mağazada, 2-ci mikrorayon, Sülh küçəsində Sərvər Hacıyevə məxsus mağazada, 32-ci məhəllə, N.Nərimanov küçəsində yerləşən «Karvan market»də, 13-cü mikrorayonda yerləşən «Elmir market»də, M.Hüseynzadə küçəsi, məhəllə 1 ünvanında yerləşən «Nehrəm market»də, 16-cı mikrorayon, Axundov küçəsi, ev 2A ünvanında İlyas Ələkbərova məxsus mağazada, ümumi çəkisi 950 kiloqrama yaxın saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən kolbasa, bal, şəkər və qənnadı məhsullar, makaron və un məmulatları, konservləşdirilmiş məhsullar, yağlar, süd və süd məhsulları, balıq məhsulları, pivə, meyvə şirələri, sərinləşdirici içkilər, çay və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR