Bank Of Baku

Vyanada Mərkəzi Avropa-Azərbaycan İnvestisiya Sammiti keçiriləcək

Vyanada Mərkəzi Avropa-Azərbaycan İnvestisiya Sammiti keçiriləcək
# 16 mart 2010 10:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Vyanada Avstriya-Azərbaycan Ticarət Palatasının açılması ilə bağı mətbuat konfransı keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov bildirib ki, iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq əlaqələri mövcuddur. Lakin bu əməkdaşlığı genişləndirmək üçün Avstriya və Azərbaycan iş adamları arasında əlaqələrin yaradılması vacibdir. Məhz bu məqsədlə Avstriya-Azərbaycan Ticarət Palatasının yaradılması qərara alınıb: «Avstriyanın Azərbaycana böyük marağı var. Bu il ərzində isə Azərbaycanda Avstriya səfirliyinin açılması nəzərdə tutulub. Bu da iki ölkə arasında əməkdaşlığı bir qədər də yaxşılaşdıracaq».

F.İsmayılov onu da qeyd edib ki, Avstriya və Azərbavycan arasında artıq regional münasibətlər də qurulur.

Tədbirdə ərazi ölçüsü və əhalinin sayına görə iki ölkənin oxşarlığını qeyd edən Ticarət Palatasının prezidenti Alon Sklarek (Alon Shklarek) həmçinin bildirib ki, hər iki ölkənin regionda vacib əhəmiyyəti var: «Biz Avstriya və Azərbaycan şirkətləri arasında uzunmüddətli əlaqələr yaratmaq niyyətindəyik. Məhz bu səbəbdən 2011-ci ildə Vyanada I Mərkəzi Avropa və Azərbaycan İnvestisiya və Tİcarət Sammitini keçirməyi planlaşdırırıq».

Qeyd edək ki, hazırda Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində (tikinti, nəqliyyat, sənaye) Avstriyanın 30-a yaxın şirkəti fəaliyyət göstərir. İki ölkə arasında ticarət dövriyyəsinin illik həcmi isə 100 mln. avro təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR