Bank Of Baku

Bakıda «Latviyada Sosial Dialoqun həyata keçiriləsi təcrübəsinin öyrənilməsi» mövzusunda seminar keçiriləcək

Bakıda «Latviyada Sosial Dialoqun həyata keçiriləsi təcrübəsinin öyrənilməsi» mövzusunda seminar keçiriləcək
# 16 mart 2010 12:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il martın 17-də Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə «Latviyada Sosial Dialoqun həyata keçiriləsi təcrübəsinin öyrənilməsi» mövzusunda seminar keçiriləcək.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, seminar ASK ilə Almaniyanın «Bildungswerk Der Wirtshaft» təşkilatı arasında imzalanmış Qafqaz regionu işəgötürənlər Assosiasiyaları ilə Tərəfdaşlıq layihəsinə uyğun olaraq Bakıda «Latviyada Sosial Dialoqun həyata keçiriləsi təcrübəsinin öyrənilməsi» (Sosial Dialoq Hüququnun Əsasları) mövzusunda keçiriləcək. Tədbirdə beynəlxalq ekspertlərin çıxışları və təqdimatları nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR