Bank Of Baku

Bakıda «İstehlakçı hüquqlarının müdafiəsi: reallıq, perspektivlər» mövzusunda konfrans keçirilib

Bakıda «İstehlakçı hüquqlarının müdafiəsi: reallıq, perspektivlər» mövzusunda konfrans keçirilib
# 17 mart 2010 09:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakıçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə «İstehlakçı hüquqlarının müdafiəsi: reallıq, perspektivlər» mövzusunda konfrans keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Xidmət rəisi Zahid İsayev istehlakçı hüquqlarının qorunmasının dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən olduğunu, hazırda ölkədə istehlakçıların aldıqları malların keyfiyətinə və təhlükəsizliyinə zəmanət olmaq, onların miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun məlumat əldə etmək və s. hüquqlarının təsbit edildiyi təkmil qanunvericilik bazası formalaşdığını bildirib: «Ötən il Dövlət Xidmətinin istehlak bazarında apardığı monitorinq və yoxlamalar zamanı 543 ton sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, saxlama müddəti keçmiş, mənşəyi məlum olmayan yeyinti məhsulları aşkar edilərək satışdan çıxarılıb. İnzibati xətaya yol vermiş şəxslərə ümumilikdə 1,388 mln. manat məbləğində cərimə tətbiq edilib».

Tədbirdə həmçinin qeyd olunub ki, 2010-cu ilin ilk 2 ayı ərzində Dövlət Xidməti tərəfindən 46,2 ton yarasız məhsul aşkarlanıb. Onlardan 1,5 tonu istehsalı məlumal olmayan, 10,6 tonu müddəti keçmiş, 33,1 tonu isə texniki sənədlərə cavab verməyən məhsullar olub: «Bundan başqa, hesabat dövründə 18,8 ton məhsul məhv edilib, 24,9 tonu təkrar emala göndərilib, 1,4 tonu isə satışa qaytarılıb».

Qeyd edək ki, tədbirdə həmçinin Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının və Azad İstehlakçılar Birliyinin nümayəndələri və sahibkarlar çıxış edərək istehlakçı hüquqlarının qorunması sahəsində görülən işlər, həmçinin bu sahədə qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR