Bank Of Baku

Novruz bayramı ilə bağlı Azərbaycanın ərzaq məhsulları bazarında monitorinq keçiriləcək

Novruz bayramı ilə bağlı Azərbaycanın ərzaq məhsulları bazarında monitorinq keçiriləcək
# 17 mart 2010 10:20 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, Dövlət Xidməti tərəfindən monitorinqlər mütəmadi olaraq aparılır: «Bayram ərəfəsində isə monitorinq bazarda ərzaq məhsullarına qiymətlərin süni artırılmasının qarşısını almaq məqsədilə keçiriləcək. Belə bir hal aşkarlanarsa Dövlət Xidməti tərəfindən müvafiq tədbirlər görüləcək».

Z.İsayev onu da bildirib ki, ötən il ərzində Azərbaycanda 137 ton, 2010-cu ilin yanvar-fevral aylarında isə 19 tona yaxın saxlanma müddəti ötmüş mallar satışdan çıxarılaraq məhv edilib: «İstehlakçıların hüquqlarının pozulması faktlarına əsasən ərzaq malları və xidmətlər sahələrində rast gəlinir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR