Bank Of Baku

Azərbaycan-Türkiyə İş Adamları Birliyinə yeni sədr seçilib - FOTOSESSİYA

Azərbaycan-Türkiyə İş Adamları Birliyinə yeni sədr seçilib - <font color=red>FOTOSESSİYA</font>
# 17 mart 2010 14:47 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç qeyd edib ki, ATİB Azərbaycanın ən çətin dövrlərində ölkənin inkişafında mühüm rol oynayıb, bir çox önəmli sahələrdə iş birliyinin qurulmasına təkan verib. Səfir onu da bildirib ki, Azərbaycan və Türkiyə bütün sahələrdə olduğu kimi iqtisadi sahələrdə də sıx əməkdaşlıq edir: «Hazırda Azərbaycanda fəaliyyət göstərən türk şirkətlərində 50 min azərbaycanlı çalışır».

Bununla yanaşı, tədbirdə çıxış edən ATİB-in İdarə Heyətinin sədri Ahmet Erentok iki ölkə arasında mövcud əlaqələrdən danışıb, ATİB-in faliyyəti haqqında məlumat verib və bildirib ki, artıq Azərbaycan şirkətləri də Türkiyə iqtisadiyyatına investisiya yatırmağa başlayıb. Lakin tərəflər mövcud olan potensialdan lazımi istifadə edə bilmir.

Tədbirdə həmçinin, ATİB-in yeni sədri, fəxri sədri, İdarə Heyətinin yeni tərkibi, Nəzarət-Təftiş Komissiyasının tərkibi təsdiqlənib. ATİB-in nizamnaməsinə əsasən, indiyədək təşkilatın sədri olmuş A.Erentok postunu «ATTAS PR» şirkətinin rəhbəri xanım Fatimə Aslana verib. A.Erentok isə səsvermə ilə ATİB-in fəxri sədri seçilib.

Qeyd edək ki, indiyədək ATİB-in üzvlərindən 3 nəfəri nazir, 2 nəfəri isə icra başçısı postuna yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR