Bank Of Baku

Azərbaycan-Türkiyə İş Adamları Birliyi “Qızıl Çarx” mükafatlarının təqdimat mərasimini keçirib

Azərbaycan-Türkiyə İş Adamları Birliyi “Qızıl Çarx” mükafatlarının təqdimat mərasimini keçirib
# 17 mart 2010 14:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) “Qızıl Çarx” mükafatlarının təqdimat mərasimini keçirib.

APA-Economics”in məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mehmet Əli Şahin və Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi və Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması işindəki fəaliyyətlərinə görə “İlin dövlət adamı” nominasiyasında “Qızıl Çarx” mükafatına layiq görülüblər.

Mehmet Əli Şahinin mükafatı Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıça, Oqtay Əsədovun mükafatı isə Milli Məclisin vitse-spikeri Valeh Ələsgərova təqdim olunub.

TBMM-in keçmiş sədri Köksal Toptan ATİB-in “xüsusi təşəkkür mükafatı”na layiq görülüb.

“İlin elm adamı” nominasiyasında “Qızıl Çarx” Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Nizami Cəfərova və Türkiyənin sabiq dövlət naziri Əbdülhaluk Çaya təqdim olunub.

ATİB İdarə Heyətinin qərarı ilə “İlin qeyri-hökumət təşkilatı” nominasiyasında mükafat türkdilli ölkələr arasında biznes əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Türkiyə Palatalar və Birjalar Birliyinə verilib.

Qeyd edək ki, “Qızıl Çarx” mükafatı artıq dördüncü ildir təqdim olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR