Bank Of Baku

IFC: Azərbaycanın bölgələrində sahibkarların məlumata çıxış imkanları məhduddur

IFC: Azərbaycanın bölgələrində sahibkarların məlumata çıxış imkanları məhduddur
# 17 mart 2010 15:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycanda İnvestisiya Mühiti üzrə Məsləhət Xidmətləri Layihəsi Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birgə müvafiq prosedurlar barədə sahibkarların hüquqi biliklərinin artırılması məqsədilə broşüralar və təlimatlar hazırlayıb.

IFC-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, ölkə boyu sahibkarlarla silsilə görüşlər zamanı, IFC-nin Azərbaycanda İnvestisiya Mühiti üzrə Məsləhət Xidmətləri Layihəsi sahibkarlıq fəaliyyətini genişləndirmək və xərcləri azaltmaq məqsədilə biznes sahiblərinin və onların işçilərinin hüquqi və prosedur məsələləri ilə bağlı dərhal köməyə ehtiyacı olduğunu müəyyən edib. Kiçik və orta müəssisələr üzrə IFC tərəfindən aparılmış araşdırmaların nəticələrinə və rəsmi statistikaya görə, regionlarda məlumata çıxış imkanları məhduddur və daha baha başa gəlir. Sözügedən broşüralar və təlimatlar məhz qeyd olunan ehtiyacı ödəmək üçün hazırlanıb.

Gələcəkdə biznes qeydiyyatı proseduru, vergilər və digər ödənişlər, vergi bəyannamələrinin elektron şəkildə təqdim edilməsi, sığortanın vacibliyi, işə götürənin vəzifələri, məhsulların idxalı və ixracı, həmçinin, biznesin maliyyələşdirilməsi kimi məsələlərə dair bukletlər də hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR