Bank Of Baku

Saxlama müddəti ötmüş 760 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 760 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 19 mart 2010 13:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Binəqədi rayonunda 8-ci mikrorayon, S.Axundov küçəsi, 36 ünvanında Nadir Həsənova məxsus mağazada, Azadlıq prospekti, 159 ünvanında yerləşən «Elnur market»də, Atatürk prospekti, 60 ünvanında Gülhayat Məmmədovaya məxsus mağazada, Nərimanov rayonunda T.Əliyev küçəsi, 77 ünvanında Anar Şükürova məxsus mağazada, Atatürk prospekti, ev 29 ünvanında «Azərbaycan-3» kiçik müəssisəsinə məxsus mağazada, Atatürk prospekti, ev 27/29 ünvanında Aslan Allahverdiyevə məxsus mağazada, A.Salamzadə küçəsi, ev 60 ünvanında Səid Şirəliyevə məxsus mağazada, Nəsimi rayonunda S.Rüstəm küçəsi, 980-ci məhəllə, ev 61 ünvanında yerləşən «Premium market»də, Yasamal rayonunda 2-ci Alatavada yerləşən «Alatava mini market»də, «Yeni market»də, 2-ci Alatava, ev 28 ünvanında Etibar Xəlilova məxsus mağazada, Sumqayıt şəhərində 12-ci mikrorayon, Koroğlu prospektində yerləşən «Mehmanə market»də, 19-cu məhəllə ünvanında yerləşən «Elnur ticarət evi»ndə, 2-ci məhəllə, ev 5/28 ünvanında Ramiz Beydullayevə məxsus mağazada, 29-cu məhəllə, 20 yanvar küçəsində yerləşən «Şirvan market»də, Nizami küçəsi, 16-cı məhəllədə yerləşən «Bizim market»də, 38 mikrorayonda yerləşən «Olimp» ticarət mərkəzində, 44-cü məhəllədə yerləşən «Term» ticarət mərkəzində, 9-cu mikrorayon, «Şərq» bazarında yerləşən «Şərq Bazarı market»də, Quba rayonunda II Nügədi kəndində Vidadi Rəsulova məxsus pərakəndə ticarət mağazasında, Samux rayonunda Nəbiağalı qəsəbəsi, N.Nərimanov küçəsində Murad Məmmədova məxsus ərzaq malları mağazasında, ümumi çəkisi 760 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən qənnadı məhsulları, kolbasa, balıq məhsulları, un və un məmulatları, pivə, sərinləşdirici içkilər, makaron, konservləşdirilmiş məhsullar, yağlar, süd və süd məhsulları, meyvə şirələri, çay, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR