Bank Of Baku

Dünyanın ən böyük incəsənət yarmarkasında 1,3 mln. dollarlıq zinət əşyaları oğurlanıb

Dünyanın ən böyük incəsənət yarmarkasında 1,3 mln. dollarlıq zinət əşyaları oğurlanıb
# 22 mart 2010 14:53 (UTC +04:00)
Bakı - APA. Hollandiyanın Maastrixt şəhərində keçirilən dünyanın ən böyük incəsənət əsərləri yarmarkasında britaniyalı dilerin stendindən 1,3 mln. ABŞ dolları dəyərində zinət əşyaları oğurlanıb. APA-nın məlumatına görə, oğurlanan iri sapfirlə bəzədilmiş üzük və boyunbağı olub. Əşyaların sahibinin sözlərinə görə, martın 21-də yarmarkanın bağlanmasına bir saat qalmış onlar hələ də yerində idi.

Oğurluq faktı polis tərəfindən araşdırılır, lakin hələlik hər hansı bir məlumat yoxdur.

Xatırladaq ki, Maastrixt yarmarkası martın 12-də açılıb və onu 73 min nəfər ziyarət edib.

Maraqlıdır ki, 2008-ci ildə də yarmarkada oğurluq hadisəsi baş verib ki, o vaxt 1,2 mln. dollar dəyərində boyunbağı oğurlanıb.

Cari ildə keçirilmiş yarmarka sayca 23-cü olub və yarmarkada 260 diler iştirak edib, 30 mindən artıq incəsənət əsərləri nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR