Bank Of Baku

«UniNet» tarif paketini genişləndirir

«UniNet» tarif paketini genişləndirir
# 25 mart 2010 10:35 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. «UniNet» şirkəti bu il aprelin 1-dən etibarən yeni tarif paketi tətbiq edəcək. Şirkətin baş ofisindən «APA-Economics»ə bildirilib ki, gələn aydan etibarən “NEO” qiymət kateqoriyasında yeni «Start NEO» tarif planı əlavə ediləcək. Yeni tarif planı 421/422, 323, 428, 450, 550, 451, 454/554, 455, 491 ATS-lərinin ərazisində yerləşən müştərilər üçün nəzərdə tutulub.

Bununla yanaşı, şirkət «Standard» tarif planının rəsmiləşdirməsini bərpa edəcək. «UniNet» şirkətinin genişzolaqlı internet xidmətlərinin istifadəçiləri hazırda istifadə etdikləri tariff paketlərinin 20 manatlıq paketlərə dəyişdirilməsi aprelin 15-dən etibarən mümkün olacaq.

Xatırladaq ki, «UniNet» şirkəti 2003-cü ildən fəaliyyət göstərir. Şirkət «Cisco Systems» və «Intel»in avadanlıqları əsasında xidmətlər göstərir, xarici kanallarının yüklənməsi orta hesabla 15%-i aşmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR