Bank Of Baku

Azərbaycanda idxalın qiymət indeksi azalıb, ixracın qiymət indeksi isə artıb

Azərbaycanda idxalın qiymət indeksi azalıb, ixracın qiymət indeksi isə artıb
# 27 mart 2010 08:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycana idxal olunan malların qiymət indeksi cari ilin yanvar ayında əvvəlki aya nisbətən 100,3%, MDB ölkələrindən idxal olunan mallar üzrə 100,0%, uzaq xaricdən idxal olunan mallar üzrə isə 100,5% təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, təsnif edilmiş emal mərhələləri üzrə idxal edilmiş mallardan investisiya mallarının qiymətləri 0,1%, istehlak mallarının qiymətləri isə 0,4% bahalaşıb.

Bununla yanaşı, Azərbaycandan ixrac olunan malların qiymət indeksi cari ilin yanvar ayında əvvəlki aya nisbətən 98,8%, MDB ölkələrinə ixrac olunan mallar üzrə 100,0%, uzaq xaricə ixrac olunan mallar üzrə isə 98,6% təşkil edib.

Emal mərhələləri üzrə ixrac olunan mallardan investisiya mallarının qiymətləri 5,2%, aralıq məhsulların qiymətləri 1,4% ucuzlaşıb, istehlak mallarının qiymətləri isə 6% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR