Bank Of Baku

Sumqayıtda yeyinti məhsullarının keyfiyyətinə nəzarət məqsədilə reydlər keçirilib

Sumqayıtda yeyinti məhsullarının keyfiyyətinə nəzarət məqsədilə reydlər keçirilib
# 29 mart 2010 11:26 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Sumqayıt şəhərində yeyinti məhsullarının keyfiyyət göstəricilərinə nəzarət etmək məqsədilə reydlər keçirilib. Sumqayıt şəhər İcra Hakimiyyətindən «APA-Economics»ə verilən məlumata görə, bunu «Sumqayıt şəhərinin ekoloji vəziyyəti, problemləri və perspektivləri» mövzusunda keçirilən yığıncaqda şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rafiq Abdullayev bildirib.

R.Abdullayevin sözlərinə görə, cari ilin ötən ayları ərzində mərkəz tərəfindən şəhər ərazisində istehsal olunan və eləcə də xaricdən gətirilən müxtəlif ərzaq və yeyinti məhsullarının keyfiyyət göstəricilərinə nəzarət məqsədilə reydlər təşkil olunub. Reydlər əsasən iri ticarət və topdansatış mağazalarında, iaşə obyeklərində aparılıb. Aparılan yoxlamalar zamanı bəzi obyektlərdə istifadə müddəti ötmüş, yararsız vəziyyətə düşmüş ərzaq məhsulları aşkar edilərək satışdan çıxarılıb. Hazırda Sumqayıt şəhərinin ərazisində küçə ticarətinin nizamlanması, süd və süd məhsullarının qanunsuz satışı, iribuynuzlu mal-qaranın saxlanılması və kəsilməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR