Bank Of Baku

Azərbaycan Sahibkarlar Konfederasiyası və Fransa-Azərbaycan Ticarət Palatası əməkdaşlıq edəcək

Azərbaycan Sahibkarlar Konfederasiyası və Fransa-Azərbaycan Ticarət Palatası əməkdaşlıq edəcək
# 01 aprel 2010 10:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Fransa-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlığın qurulmasına dair görüş keçirilib. Bu barədə «APA-Economics»ə ASK-nın mətbuat xidmətindən məlumat verilib.

ASK-nın baş katibi Məhəmmədəli Əfəndiyev və Fransa-Azərbaycan Ticarət Palatasının Layihə rəhbəri Kəmalə Muradova arasında keçirilən görüşdə sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, investisiya sahəsində elmi və praktiki təhlillərin aparılması, üzvlərin birgə görüşləri, seminarlar, sərgilər və konfransların təşkil edilməsi məsələləri müzakirə olunub. Həmçinin, ASK ilə Fransa-Azərbaycan Ticarət Palatasının potensiallarından və müvafiq resurslarından birgə istifadə edilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR