Bank Of Baku

Saxlama müddəti ötmüş 246 kq ərzaq məhsulları aşkar olunaraq satışdan çıxarılıb

Saxlama müddəti ötmüş 246 kq ərzaq məhsulları aşkar olunaraq satışdan çıxarılıb
# 01 aprel 2010 14:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi monitorinqlər zamanı bir sıra ticarət obyektlərində keyfiyyətsiz məhsulların satışı aşkarlanıb. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik həmin ticarət obyektlərinin adlarını açıqlayıb. Bunlar aşağıdakılardır: Binəqədi rayonunun M.Rəsulzadə qəsəbəsində Natiq Xalıqverdiyevə məxsus mağaza, H.Arif küçəsi, ev 10 ünvanında yerləşən “Pak market”, A.Hüseynov küçəsi, 10 ünvanında yerləşən “Nur market”, Qəmbərov küçəsi, ev 27B ünvanında Vüsal Məmmədova məxsus mağaza, M.Rəsulzadə qəsəbəsi, A.Neymətulla küçəsi, ev 6, mənzil 4 ünvanında A.Əsgərovaya məxsus mağaza, Baksol küçəsində yerləşən “Faxralı market”, “Anar market”, İ.Hacıyev küçəsi, 31 ünvanında N.Nəsibova məxsus mağaza, Ə.Məmmədov küçəsi, 5 ünvanında Şəkərəli Şəkərova məxsus ərzaq mağazası, Z.Qəmbərov küçəsi, ev 1 A ünvanında yerləşən “Rüfət market”, S.S.Axundov küçəsi, ev 2, mənzil 1 ünvanında yerləşən “Ailə market”, Ə.Məmmədov küçəsi, ev 17 ünvanında yerləşən “Roman market”; Gəncə şəhərində Sadıllı qəsəbəsi, ev Məhəllə e-3/sahə 19 ünvanında yerləşən “Nur market”; Şəki şəhərində H.Əliyev prospektində yerləşən “Sevda market”; Xudat şəhərində Əzizbəyov küçəsində yerləşən Ağaşirin Alxasova məxsus pərakəndə ticarət obyekti.

Qeyd olunan obyektlərdə ümumi çəkisi 246 kiloqrama yaxın saxlama müddəti ötmüş, normativ texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq məhsulları, o cümlədən qənnadı məhsulları, kolbasa, un və un məmulatları, süd və süd məhsulları, pivə, sərinləşdirici içkilər, makaron, konservləşdirilmiş məhsullar, yağlar, meyvə şirələri, çay, uşaq yeməkləri və s. aşkar olunaraq satışdan çıxarılıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR