Bank Of Baku

«Baku Electronics» şirkəti yeni baş ofisə köçüb

«Baku Electronics» şirkəti yeni baş ofisə köçüb
# 02 aprel 2010 06:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda məişət texnikasının satışı sahəsində fəaliyyət göstərən «Baku Electronics» şirkətinin yeni baş ofisi istifadəyə verilib. «APA-Economics»in məlumatına görə, bunu şirkətin kommersiya direktoru Hikmət Hüseynov bildirib.

Onun sözlərinə görə, yeni ofis Bakının Əcəmi Naxçıvani küçəsi və Azadlıq prospektinin kəsişməsində (8-ci mkr-n) inşa olunub. Burada müştərilərə «Samsung», «Siemens», «Tefal», «Whirlpool» və digər tanınmış brendlərin məhsulları təklif olunur: «Yeni baş ofisimizin rəsmi açılış mərasimi bu ilin may ayının 12-də keçiriləcək».

H.Hüseynov onu da bildirib ki, yeni ofisin sahəsi və dizaynına görə Qafqaz regionunda analoqu yoxdur.

Qeyd edək ki, NAB Şirkətlər Qrupuna daxil olan «Baku Electronics» şirkəti Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR