Bank Of Baku

Azərbaycanda xarici investorların iştirakı ilə bir neçə yeni investisiya layihəsi həyata keçiriləcək

Azərbaycanda xarici investorların iştirakı ilə bir neçə yeni investisiya layihəsi həyata keçiriləcək
# 02 aprel 2010 08:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə xarici və yerli şirkətlər arasında bir sıra layihələrin həyata keçirilməsinə dair danışıqlar aparılacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan İqstiadi İnkişaf Nazirliyinin 2009-cu ilin yekunlarına dair hazırladığı hesabatda bildirilir.

Hesabatda qeyd olunub ki, 2009-cu il ərzində alternativ enerji, sənaye, turizm, elektrik mallarının istehsalı, kənd təsərrüfatı və emal sənayesi, tikinti, logistika, yüngül sənaye və xidmət sektorları üzrə yerli şirkətlərdən 30-dan artıq, xarici şirkətlərdən isə 10-a yaxın investisiya layihəsi daxil olub, bununla bağlı müvafiq görüşlər keçirilib, yerli şirkətlərin investisiya layihələri haqqında xarici tərəfdaşlara məlumatlar göndərilib. Eyni zamanada, Azərbaycanda fəaliyyətə başlamaq istəyən xarici şirkətlərə Azpromo tərəfindən göstəriləcək dəstək və xidmətlər haqqında ətraflı məlumat verilib, potensial investorlarla görüşlər keçirilib.

Hazırda Sloveniyanın «Gorenje» şirkətinin «Azərbaycanda məişət texnikasının istehsalı zavodunun qurulması», Sloveniyanın «Albin Promotion» şirkətinin «Azərbaycanda istifadəyə yararsız avtomobil şinlərinin və digər üzvi tullantıların emalı (yandırılması) nəticəsində elektrik enerjisinin istehsalı» və Hindistanın «Gravita İndia Ltd.» şirkətinin ümumi dəyəri 2,5–3 mln. ABŞ dolları müəyyən edilmiş «İstifadəyə yararsız avtomobil akkumulyatorlarının emalı» investisiya layihələrinin reallaşdırılması üzrə müzakirələr aparılır. Bununla bağlı, Azpromo tərəfindən müvafiq qanunvericilik barədə məlumatlar verilib, emal zavodunun inşası üçün yerin seçilməsində yardım edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR