Bank Of Baku

Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatası təsis edilib

Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatası təsis edilib
# 02 aprel 2010 11:31 (UTC +04:00)
Bakı – APA. Aprelin 1-də Belqradda Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının təsis toplantısı keçirilib və baş qərargahı Belqradda yerləşəcək Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının yaradılması haqda qərar qəbul olunub. Azərbaycanın Serbiyada da akkreditə olunmuş Rumıniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, toplantıda palatanın fəaliyyətinin Balkan və Xəzər dənizi regionlarını əhatə etməsi, ölkələr arasında sıx ticari-iqtisadi əlaqələrin, qarşılıqlı sərmayə qoyuluşlarının təşviqi, iki ölkənin iş adamları arasında tərəfdaşlığın yaradılması, region ölkələrinin iqtisadi potensial və perspektivlərinin daha dərindən öyrənilməsi, birgə müəssisələrin yaradılması, müxtəlif layihələrdə iştirak və s. kimi məsələlər üzrə də qərarlar qəbul edilib.

Tədbirdə Azərbaycan tərəfindən Cəmilə Cavanşir, Serbiya tərəfindən isə Tixomir Nenadiç Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının vitse-prezidentləri seçiliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR