Bank Of Baku

Çerkizov bazarından müsadirə olunmuş malların məhv edilməsi 2011-ci ildə başa çatacaq

Çerkizov bazarından müsadirə olunmuş malların məhv edilməsi 2011-ci ildə başa çatacaq
# 02 aprel 2010 12:25 (UTC +04:00)
APA-Economics”in Rusiya mətbuatına istinadən məlumatına görə, Rusiya Federasiyası Prokurorluğu yanında İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin bildirib ki, bu günə qədər 1400 konterdən yalnız 200-ü məhv edilib.

Onun sözlərinə görə, Çerkizov bazarında götürülən malların gündəlik məhv edilmə prosesi 15 yanvar 2010-cu ildən başlayıb: “Proses həftənin altı günü saat 9.00-dan 22.00-dək aparılır. Artıq 2570 ton müxtəlif növ əmtəə məhv edilib”.

V.Markin prosesin nə vaxt başa çatacağı haqda konkret meddət göstərməsə də, rusiyalı jurnalistlər açıqlanan rəqəmlərə əsasən bunun daha 15 ay çəkəcəyini proqnozlaşdırırlar.

Xatırladaq ki, Çerkizov bazarı Rusiyanın Azərbaycan əsilli məşhur milyarderi Telman İsmayılova məxsus olub. Türkiyədə “Mardan Palace” hoteli tikdirməsi səbəbindən o, Rusiya hakimiyyət dairələrinin qəzəbinə gəlib. 2009-cu ilin iyun ayında Çerkizov bazarı bağlanıb, orada olan mallar isə müsadirə olunub. Bir müddət Türkiyədə yaşayan T.İsmayılov bu yaxınlarda Kremllə münasibətlərini yoluna qoya bilib və yenidən Rusiyaya qayıdıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR