Bank Of Baku

İordaniya Azərbaycanla ticarət əlaqələrini genişləndirmək niyyətindədir

İordaniya Azərbaycanla ticarət əlaqələrini genişləndirmək niyyətindədir
# 02 aprel 2010 13:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İordaniya Azərbaycanla ticarət əlaqələrini genişləndirmək məqsədi ilə bu il bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır. Bu barədə «APA-Economics»ə İordaniyanın Azərbaycandakı səfiri Adel Adileh məlumat verib.

Səfirin sözlərinə görə, ölkəsi Azərbaycanla əsasən meyvə-tərəvəzin idxal və ixracının təşkilinə dair müzakirələr aparır: «Hazırda İordaniya bazarında tələb olunan hansı məhsulların Azərbaycandan tədarükünə dair araşdırmalar aparırıq».

A.Adileh onu da qeyd edib ki, bu il ərzində Bakıda Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının ikinci iclasının keçirilməsi planlaşdırılır. Hazırda iclasın vaxtının konkretləşdirilməsi ilə bağlı Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə danışıqlar aparılır.

Qeyd edək ki, Azərbaycanla İordaniya arasında diplomatik əlaqələr üç il əvvəl qurulub. Ötən dövr ərzində tərəflər arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 23 saziş imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR