Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit verilmiş 300 sahibkarlıq subyektində monitorinq keçirilib

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit verilmiş 300 sahibkarlıq subyektində monitorinq keçirilib
# 03 aprel 2010 10:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA-Economics. Cari ilin yanvar-mart aylarında Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən güzəştli kredit verilmiş 300 sahibkarlıq subyektində monitorinq keçirilib. «APA-Economics»in məlumatına görə, bunu SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Ş.Abdullayevin sözlərinə görə, moniorinqlər zamanı verilən kreditlərin layihə üzrə sərf olunduğu müəyyənləşdirilib. Kreditlərin xərclənməsi və geri qaytarılmsında heç bir problem olmayıb.

SKMF-in bu il 115 mln. manat güzəştli kredit vermək niyyətində olduğunu qeyd edən fond rəhbəri iqtisadi cəhətdən səmərəli layihələr təqdim olunarsa, əlavə vəsaitin cəlb oluna biləcəyini də istisna etməyib: «Hazırda fond 36 müvəkkil kredit təşkilatı vasitəsi ilə vəsaitləri verir. Bu da riskləri minimallaşdırmağa imkan yaradır. Bu il verilməsi planlaşdırılan kreditlərin 44 mln. manatını dövlət büdcəsindən ayrılan vəsait, qalan 71 mln. manatını isə geri qaytarılan vəsaitlər təşkil edəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR