Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fonduna sahibkarlardan bir sıra sahələr üzrə layihələrin maliyyələşdirilməsinə dair 16 təklif daxil olub

Sahibkarlığa Kömək Milli Fonduna sahibkarlardan bir sıra sahələr üzrə layihələrin maliyyələşdirilməsinə dair 16 təklif daxil olub
# 03 aprel 2010 10:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bir sıra sahələr üzrə layihələrin maliyyələşdirilməsinə dair sahibkarlardan daxil olan təklif zərflərini açıb. «APA-Economics»in məlumatına görə, sahibkarların, onların nümayəndələrinin və KİV-in iştirakı ilə keçirilən tədbirdə çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, Fond yanvar ayında Azərbaycanda uşaq qidalarının istehsalının təşkili, südlük cins iribuynuzlu heyvandarlıq kompleksinin yaradılması, kiçik və ya orta həcmli üzüm emalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin güzəştli qaydalarda maliyyələşdirilməsi məqsədi ilə təkliflərin qəbuluna başlayıb. Daha sonra təklif zərflərini açan Ş.Abdullayev qeyd edib ki, uşaq qidalarının istehsalı üzrə 3, südlük iribuynuzlu heyvandarlıq kompleksinin yaradılması üzrə 8, kiçik və orta həcmli üzüm emalı müəssisələrinin yaradılması üzrə 5, ümumilikdə 16 təklif daxil olub. Fond rəhbəri qeyd edib ki, investisiya layihələrinin 30%-i sahibkarların özlərinin, qalan hissəsi isə SKMF-in vəsaiti hesabına maliyyələşdiriləcək.

Jurnalistlərə açıqlamasında Ş. Abdullayev bildirib ki, SKMF-in və müvəkkil kredit təşkilatlarının əməkdaşları növbəti həftədən aprelin 15-dək təqdim olunan layihələrin həyata keçiriləcəyi yerlərin monitorinqini aparacaq, infrastruktrun layihəyə uyğun olub olmaması, sahibkarların potensialı araşdırılandan sonra layihənin maliyyələşdirilib maliyyələşdirilməməsi barədə qərar qəbul ediləcək.

«Uşaq qidası məhsulları əsasən idxal hesabına ödənilir. Biz bu layihələr hesabına ilkin olaraq idxalı aradan qaldırmaq niyyətindədyik. Təqdim olunan layihələrdən bir neçəsi var ki, gələcəkdə məhsullarını xarici bazara çıxarmaq imkanı da verir», - deyə Ş.Abdullayev vurğulayıb.

SKMF direktoru həmçinin əlavə edib ki, bu gün Azərbaycan süd məhsulları ilə təlabatını 85%, ət məhsulları ilə 95% təmin edir. Yaradılacaq heyvandarlıq kompekslərinin yaradılması ölkənin təlabatını tam ödəməklə yanaşı ixrac imkanları da yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR