Bank Of Baku

Telman İsmayılov Soçi Olimpiadası üçün mehmanxana kompleksi tikəcək

Telman İsmayılov Soçi Olimpiadası üçün mehmanxana kompleksi tikəcək
# 05 aprel 2010 07:27 (UTC +04:00)
APA-Economics”in “RBK daily”yə istinadən məlumatına görə, İmereti vadisində tikiləcək 4-5 min nömrəlik kompleks T.İsmayılova 1 mlrd. dollara başa gələcək.

Rusiya hökumətindəki yüksək rütbəli məmurlardan biri bildirib ki, “Soçi-2014” meqalayihəsinə qoşulmaq təşəbbüsü T.İsmayılovun özündən gəlib. AST Şirkətlər Qrupunun sahibi mərkəzi hakimiyyət orqanlarına investor kimi 4,2 min nömrəlik mehmanxana kompleksi tikmək təklifini çatdırıb. Artıq “Olimpstroy” Dövlət Korporasiyası ilə azərbaycanlı milyarder arasında müvafiq razılaşma əldə edilib. Rusiyalı ekspertlər faktı “T.İsmayılovun Soçi Olimpiadası vasitəsilə rus biznesinə geriyə bileti” kimi qiymətləndirirlər.

Xatırladaq ki, Telman İsmayılov Türkiyədə “Mardan Palace” hoteli tikdirməsi səbəbindən Rusiya hakimiyyət dairələrinin qəzəbinə gəlib. 2009-cu ilin iyun ayında Moskvada ona məxsus olan Çerkizov bazarı bağlanıb, orada olan mallar isə müsadirə olunub. Bir müddət Türkiyədə yaşayan T.İsmayılov bu yaxınlarda Kremllə münasibətlərini yoluna qoya bilib və yenidən Rusiyaya qayıdıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR