Bank Of Baku

Barak Obama: “ABŞ əmək bazarındakı vəziyyət yaxşılığa doğru dəyişir”

Barak Obama: “ABŞ əmək bazarındakı vəziyyət yaxşılığa doğru dəyişir”
# 05 aprel 2010 08:14 (UTC +04:00)
Bakı – APA-Economics. ABŞ əmək bazarındakı vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb.

APA-Economics”in “Associated Press” məlumatına görə, ABŞ prezidenti Barak Obama çıxış edib.

Bununla belə, prezident Birləşmiş Ştatların hələ də çətin dövrdən keçdiyini bildirib: “Qarşılaşdığımız çətinlikləri qiymətləndirməmək doğru olmazdı”.

Qeyd edək ki, Obamanın bəyanatı ABŞ Əmək Nazirliyinin bu ilin mart ayında ölkədə əlavə 162 min iş yerinin açılması barədə məlumatından sonra səslənib. Mart ayında ABŞ prezidenti ölkədə işsizliklə mübarizə haqqında qanunu imzalayıb. Sənədə əsasən, əmək bazarının stimullaşdırılmasına xərclər 17,6 mlrd. dollar həcmində qiymətləndirilir. Yeni qanun işəgötürənlərin şirkətin yeni personalının maaşına görə vergidən azad olunması, kapital qoyuluşları və avadanlıq alınması zamanı vergi güzəştlərinin tətbiqi kimi bir sıra həvəsləndirmələri nəzərdə tutur.

Xatırladaq ki, qlobal maliyyə böhranı dövründə 8,4 mln. amerikalı öz işini itirib. Bu zaman iş yerlərinin ixtisarı ayda orta hesabla 750 min yer təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR