Bank Of Baku

Sahibkarlığa Kömək Milli Fondunun 2009-cu ildə maliyyələşdirdiyi layihələr hesabına 223 məcburi köçkün işlə təmin olunacaq

Sahibkarlığa Kömək Milli Fondunun 2009-cu ildə maliyyələşdirdiyi layihələr hesabına 223 məcburi köçkün işlə təmin olunacaq
# 05 aprel 2010 10:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaiti hesabına 2009-cu il ərzində maliyyələşdirilmiş layihələr hesabına 223 məcburi köçkünün işlə təmin olunması nəzərdə tutulub. «APA-Economics»in məlumatına görə, bu barədə İqstiadi İnkişaf Nazirliyinin 2009-cu ilin yekunlarına dair hazırladığı hesabatda bildirilir.

Hesabatda qeyd olunur ki, SKMF-in vəsaiti hesabına 2009-cu il ərzində 195 məcburi köçkün sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 569,5 min manat güzəştli kredit vəsaiti ayrılıb.

Ümumiyyətlə, 2009-cu il ərzində SKMF-in vəsaitləri hesabına 2 101 sahibkarlıq subyektinə 130 mln. manata yaxın güzəştli kreditlər verilib. Kredit vəsaitləri əsasən istehsal və emal sahələrinin maliyyələşdirilməsinə yönəldilib, bu zaman Dövlət Proqramının məqsədlərinə uyğun olaraq innovasiya, ixrac qabiliyyətli və idxalı əvəz edən məhsulların istehsalı yönümlü layihələrin maliyyələşdirilməsinə üstünlük verilib. Bu layihələrin həyata keçirilməsi nəticəsində 8 499 yeni iş yerinin yaradılması nəzərdə tutulub ki, bu da əhalinin gündəlik tələbatında xüsusi yer tutan yüksək keyfiyyətli müxtəlif ərzaq məhsullarının, sənaye mallarının, məişətdə işlədilən kimyəvi vasitələrin, tikinti materiallarının istehsal həcminin genişləndirilməsinə və çeşidinin artırılmasına şərait yaratmaqla, ölkəyə idxal olunan məhsulların azaldılmasına və ixracın stimullaşdırılmasına təkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR