Bank Of Baku

“Azersun Holding” Əzizbəyov rayonunun Türkan qəsəbəsində ağacəkmə aksiyası keçirib - FOTO

“Azersun Holding” Əzizbəyov rayonunun Türkan qəsəbəsində ağacəkmə aksiyası keçirib - <font color=red>FOTO</font>
# 05 aprel 2010 15:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. “Azersun Holding” Şirkətlər Qrupu Əzizbəyov rayonunun Türkan qəsəbəsində ağacəkmə aksiyası keçirib. Bu barədə «APA-Economics»ə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Qəsəbə əhalisi və yerli icra hakimiyyət orqanının rəhbərliyinin iştirakı ilə təşkil olunan iməcilikdə “Azersun Holding”in əməkdaşları gətirdikləri həmişəyaşıl ağaclarla Türkan qəsəbəsində əkiblər. İməcilikdə minə qədər ağac və kollar əkilib.

Ətraf mühitin qorunması istiqamətində məqsədyönlü işlərin görülməsi, bu sahədə həyata keçiriləcək tədbirlərin daha da genişləndirilməsinin zəruriliyini qeyd edən holdinqin departament müdiri Kazım Babayev yaşıllaşdırma işlərinin Bakı ilə yanaşı regionlarda, xüsusilə Kürdəmir, İmişli, Biləsuvarda da “Azersun Holding” tərəfindən dəstəklənəcəyini bildirib. Hazırda inşası “Azersun Holding” tərəfindən tamamlanmaqda olan Masazır Duz Zavodunun ərazisində yaşıllaşdırma işlərinin həyata keçirilməsi üçün su artezian quyuları qazılaraq, torpaq daşınma işləri tamamlanmaqdadır. Holdinq tərəfindən əraziyə minlərlə ağacın əkilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR