Bank Of Baku

Bakıda standartlara uyğun olmayan kolbasa istehsal edən şirkət aşkarlanıb

Bakıda standartlara uyğun olmayan kolbasa istehsal edən şirkət aşkarlanıb
# 05 aprel 2010 16:01 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı növbəti monitorinqlər zamanı “Ulduz-T.E.F” MMC-nin istehsal etdiyi kolbasaların standartlara uyğun olmadığı aşkarlanıb.

İİN-dən «APA-Economics»ə verilən məlumata görə, Bakının Sabunçu rayonu, Ə.Bağırov küçəsi, 11 ünvanında fəaliyyət göstərən şirkətin istehsal etdiyi “Krakovskaya”, “Oxotniçiye kolbaski”, “Lyubitelskaya”, “Servelat” və “Moskovskaya” adlı kolbasaların üzərindəki etiketlərdə yararlılıq müddətinin normativ-texniki sənədlərdə nəzərdə tutulmuş müddətdən artıq göstərildiyi, “Doktorskaya”, “Halal” və “Toyuq” əla növ kolbasalarının istehsalı üçün, habelə kolbasaların bükülməsində istifadə olunan materialların uyğunluq və gigiyenik sertifikatlarının olmadığı aşkar edilib.

Yol verilmiş qanun pozuntuları ilə əlaqədar kolbasa məmulatlarının istehsalı və satışının dayandırılması barədə müəssisəyə göstəriş verilib, “Ulduz-T.E.F” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Ulduz-T.E.F” MMC-nin istehsal etdiyi və insan sağlamlığı üçün təhlükə törədə biləcək kolbasa məmulatlarını almamağı tövsiyə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR