Bank Of Baku

Bakıda «Caspian Energy Integration Award» və «Brand Award Azerbaijan» mükafatlarının növbəti təqdimetmə mərasimi keçirilib - FOTOSESSİYA

Bakıda «Caspian Energy Integration Award» və «Brand Award Azerbaijan» mükafatlarının növbəti təqdimetmə mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 06 aprel 2010 08:01 (UTC +04:00)
Sözügedən mükafat ölkə ərazisində istehsal və sosial sahələrdə aktiv fəaliyyət göstərən, o cümlədən öz fəaliyyətini coğrafi baxımından sürətlə genişləndirən şirkətlərə təqdim olunub.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən CEIBC-nin prezidenti və baş icraçı direktoru Telman Əliyev «Caspian Energy» Beynəlxalq Media Qrupunun 2009-cu ildə 10 illik yubileyini keçirdiyini bildirib və eyni adlı jurnlın 60-cı nömrəsini tədbir iştirakçılarına təqdim edib. Jurnalda 20 ölkədən artıq dövlət başçılarının təbrik nitqləri yer alıb. Bununla yanaşı, T.Əliyev Azərbaycan prezidenti İlham Əliyevin «Caspian Energy»nin kollektivinə ünvanlanmış təbrik nitqini də tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov «Caspian Energy Integration Award - 2009» mükafatı nominantlarını təbrik edib və bildirib ki, CEIBC şirkətlər, dövlət və bütün regionun biznes subyektləri arasında əlaqələrin qurulmasında vacib rol oynayır.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə bildirib ki, mükafat alanlar sırasında bir neçə şirkət informasiya texnologiyaları sahəsinin təmsilçisidir. Ə.Abbasov həmçinin qeyd edib ki, mükafat nominantları Azərbaycanda yaradılmış əlverişli biznes mühitindən yararlanaraq genişmiqyaslı layihələr icra edir.

Daha sonra mükafatın təqdimolunma mərasimi keçirilib. Mükafat 24 nominasiya üzrə 20-dən çox şirkətə təqdim olunub ki, bunların sırasında «Azerfon» (tədbirin qızıl partnyoru), «Azneft» İstehsalat Birliyi, «Azpetrol», «Azerfon-Vodofone», «EKOL» və digər şirkətlər mövcuddur.

Bundan başqa, «Brand Award Azerbaijan» milli mükafatının II təqdimetmə mərasimi keçirilib. Mükafat 51 nominasiya üzrə 40-dan artıq şirkəti təmsil edən brendlərə, həmçinin KİV nümayəndələri, brendmenlərə və brendmeykerlərə təqdim olunub. Brendmeykerlər sırasında Murad Dadaşov, Bəhram Bağırzadə, brendlər sırasında «Coca-Cola», «Sirab», «Doymak», KİV-lər sırasında APA informasiya agentliyi («İlin informasiya portalı»), abc.az portalı, «Caspian Business News» jurnalı və s. milli mükafata layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR