Bank Of Baku

Türkiyədə beynəlxalq mebel sərgisi keçirilir

Türkiyədə beynəlxalq mebel sərgisi keçirilir
# 07 aprel 2010 07:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Türkiyənin İzmir şəhərində XXI İzmir Mebel Sərgisi («MODEKO-2010») işə başlayıb. «APA-Economics»in Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, aprelin 11-dək davam edəcək sərgiyə 178 şirkət qatılıb.

İzmir Mebelçilər Palatasının sədri Tevfik Özdemir bildirib ki, sərgiyə Azərbaycan, İran, Misir və Liviyadan da ziyarətçilər qatılacaq. Sərgi çərçivəsində xarici alıcılarla Türkiyə şirkətləri arasında bir sıra müqavilələrin bağlanılması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR