«McDonalds Azerbaijan» və «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyası arasında qarşıdurma yaranıb
C.İsmayılov bildirib ki, məlum olmayan səbəblərə görə, bu ilin mart ayının 15-də işəgötürən, şirkətin içracı direktoru M.Mirzəyev müəssisənin ilk həmkarlar təşkilatının sədri Arif Babayevi yanına dəvət edərək, həmkarlar təşkilatı və şəxsən onun adına lazımsız və yersiz ittihamlar irəli sürüb. «Səhəri gün M.Mirzəyev «McDonalds Azerbaijan» MMC-nin bütün obyektlərinə həmkarların üzvlərini dəvət etmək və işçilərdən üzvlükdən cıxmaq ərizəsinə qol çəkməyə məcbur edilməsi göstərişi verib. Bütün bu işləri isə şirkətin kadrlar şöbəsinin müdiri Tofiq Məmmədbəyov həyata keçirib».
C.İsmayılovun sözlərinə görə, son 20-30 il ərzində konfederasiyanın fəaliyyətində ilk dəfədir ki belə hala rast gəlinir. «Azərbaycan tarixində işəgötürən tərəfindən həmkarlar ittifaqlarına qarşı belə qanunsuz hərəkətlər olmayıb. Təsəvvür edin ki, kollektivdə həmkarların üzvü olduğuna görə işəgötürən işçiyə mənəvi və psixoloji təsir edərək onların mənliyini kollektiv qarşısında alçaldır. Azərbaycan BƏT-in 87 və 98 saylı beynalxalq konvensiyalarını ratifikasiya etdikdən sonra, işçilərin sərbəst birləşməsi və işəgötürənin həmkarların işinə müdaxilə etməməsinin qarantı olub. M.Mirzəyev isə bu zaminliyi kobud şəkildə pozur, dünyada Azərbaycanın imicini alçaldır».
C.İsmayılov bildirib ki, «McDonalds» şirkətinin baş ofisinə (ABŞ) və BƏT-ə göndərilən rəsmi məktublarda bu cür halların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.
«McDonalds Azerbaijan» MMC-nin icraçı direktoru M.Mirzeyev isə öz növbəsində «APA-Economics»ə açıqlamasında bütün bu ittihmalardan xəbərsiz olduğunu bildirib: «Belə bir şey bir müddət əvvəl olub. Bizdə çalışan ilk həmkarlar təşkilatının sədri Arif Babayev işçilərin xəbəri olmadan onları həmkarlar təşkilatına üzv qəbul edib və həmkarlar təşkilatına üzvlük haqqı kimi işçilərin əmək haqqından 1% yığıb. İşçilərin mənə yazdığı məktublarda bu faktlar təsdiq olunub».
M.Mirzəyevin sözlərinə görə, «McDonalds Azerbaijan» MMC Azərbaycanda ən aparıcı işəgötürən şirkətlərdən biridir. «Şirkətdə qarşılıqlı anlaşma və əməkdaşlığa əsaslandırılan kadr siyasəti həyata keçirilir. Biz işçilərimizin istənilən təşkilata üzv olması niyyəti və hüququna hörmətlə yanaşırıq. Şirkətin prioritetlərindən biri işçilərimizin hüquqlarının təmin edilməsi və onlara bacarıqlarını realllaşdırmağa şərait yaradılması, həmçinin müxtəlif konpensasiya və güzəştlər proqramı təqdim edilməsidir», - deyə M.Mirzəyev qeyd edib.
Qeyd edək ki, «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyasının yaydığı məlumatda bildirilir ki, 2009-cu ildə Federasiya «McDonalds Azerbaijan» MMC-də könüllü olaraq işçilərin təşəbbüsü ilə ilk həmkarlar ittifaqı təşkilatı yaradıb. «Bu günə həmkarların üzvlərin sayı 160 nəfərdir. İşəgötürənlə münasibətlər yaxşı olub, həttə ötən ilin sonunda işəgötürənlə razılaşdırmaq üçün kollektiv müqavilənin lahiyəsi də təqdim edilib. Ancaq, məlum olmayan səbəblərə görə, bu ilin mart ayının 15-dən işəgötürən, içracı direktor M.Mirzəyev ilk həmkarlar təşkilatının sədri Arif Babayevi yanına dəvət edərək, həmkarlar təşkilatı və şəxsən onun adına lazımsız və yersiz ittihamlar irəli sürüb.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib
Dövlət qurumunun adından saxta sənəd hazırlayaraq 250 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
Aİ-nin xüsusi nümayəndəsi: Sülhə gedən yolda Azərbaycana necə dəstək ola biləcəyimiz müzakirə olunur
Fransa səfiri: Azərbaycanın Qarabağdakı yenidənqurma işlərinin miqyasını görmək çox təsiredicidir
Paşinyan: Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olmayıb
Bayraktar: SOCAR-la TPAO “Şəfəq-Asiman” və “Qarabağ” yataqları üzrə əməkdaşlığı genişləndirəcək
Nazir: “TANAP-ın elektrik versiyası” Azərbaycanı Bolqarıstanla birləşdirəcək
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
Alparslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır
Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır
Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olunub
Nazir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir