Bank Of Baku

Lerik rayonunun arıçılıq təsərrüfatları böhranla üzləşib

Lerik rayonunun arıçılıq təsərrüfatları böhranla üzləşib
# 07 aprel 2010 11:41 (UTC +04:00)
Lerik. Ağəddin Babayev - APA. Azərbaycanın Lerik rayonunda arılar kütləvi sürətdə qırılır. Yerli arıçılıq təsərrüfatlarının rəhbərləri APA-nın cənub bürosuna bildiriblər ki, buna səbəb son zamanlar havaların qeyri-sabit keçməsi nəticəsində arıların yem ehtiyatı toplaya bilməməsidir.

Arıçı Elşad Vəliyevin sözlərinə görə, mart ayının son ongünlüyündə havaların qeyri-sabit keçməsi və dağlıq ərazilərdə qarın yağması arıların çölə çıxa bilməməsi, artım və balalamanın getməməsi onların kütləvi ölümünə gətirib çıxarıb. Hər yeşikdə orta hesabla bir vedrədən çox arının tələf olduğunu bildirən E.Vəliyev bunun da nəticəsində işçi arıların sayı xeyli azaldığından, bal tədarükünün əvvəlki illərlə müqayisədə kəskin aşağı düşdüyünü qeyd edib.

Digər arıçı Yaqub Xanmədov da mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edərək, məhsuldarlığın 70% azalacağını söyləyib.

Lerikli arıçıların fikrincə, qarşıdakı günlərdə yenə kəskin soyuqlar və qarlı hava müşahidə olunarsa, o zaman bu il rayonda bal olmaya bilər. Çünki belə hava şəraitində arı ancaq özü üçün zəruri olan qida ehtiyatı toplaya bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR