Bank Of Baku

Azərbaycan Şanxayda keçiriləcək ümumdünya sərgisində müstəqil pavilyonla iştirak edəcək

Azərbaycan Şanxayda keçiriləcək ümumdünya sərgisində müstəqil pavilyonla iştirak edəcək
# 07 aprel 2010 14:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. May ayının 1-də Çinin Şanxay şəhərində «EXPO-2010» Ümumdünya Sərgisi keçiriləcək. Azərbaycan Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, sərgidə Azərbaycan müstəqil pavilyonda təmsil olunacaq. Həmin pavilyonda bir sıra dövlət orqanları ilə yanaşı Nəqliyyat Nazirliyinin də stendi nümayiş etdiriləcək. Nəqliyyat Nazirliyinin stendində Azərbaycanın yol-nəqliyyat infrastrukturunun inkişafı və nəqliyyat potensialı nümayiş olunacaq.

«EXPO-2010» Ümumdünya Sərgisində Nəqliyyat Nazirliyini nəqliyyatın inkişafı və elmi-texniki siyasət şöbəsinin müdiri Elnur Ömərov təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR