Bank Of Baku

Ötən il Astara və Biləsuvar gömrük məntəqələrindən İrandan Azərbaycana 4 mln. dollarlıq yeyinti məhsulları və yuyucu tozu keçirilib

Ötən il Astara və Biləsuvar gömrük məntəqələrindən İrandan Azərbaycana 4 mln. dollarlıq yeyinti məhsulları və yuyucu tozu keçirilib
# 08 aprel 2010 07:36 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. “Biləsuvar və Astara gömrük keçid məntəqələrində vəziyyət getdikcə yaxşılığa doğru dəyişir”. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, bu sözləri Ərdəbil vilayətinin gömrük rəisi Əliəsgər Abbaszadə deyib.

O bildirib ki, ötən il (İranda il martın 21-də dəyişir) Biləsuvar gömrüyündən 300 ton bitki yağı, yeyinti məhsulları və yuyucu toz bağlama şəklində vətəndaşlar tərəfindən Azərbaycan Respublikasına keçirilib. Bu göstərici əvvəlki illərə nisbətən 52% artıqdır.

“Ümumiyyətlə, keçən il vətəndaşlar tərəfindən Astara və Biləsuvar gömrüklərindən 4 mln. dollar civarında yeyinti məhsulları və yuyucu tozu Azərbaycana aparılıb. Azərbaycan və İran gömrüklərində ümumi vəziyyət hazırda normaldır. Gələcəkdə vətəndaşların keçidinin daha da asanlaşması zəminində layihələr hazırlanmaqdadır” – deyə Ə.Abbaszadə qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR