Bank Of Baku

ABŞ prezidentinin qonşusu evini satıb

ABŞ prezidentinin qonşusu evini satıb
# 08 aprel 2010 07:49 (UTC +04:00)
Bakı - APA-Economics. Çikaqoda ABŞ prezidenti Barak Obamanın evinin qonşuluğundakı mülk 1,4 mln. dollara satılıb.

APA-Economics”in “Associated Press”ə istinadən məlumatına görə, artıq keçmiş sayılan sahibi bu evi 1973-cü ildə 35 min dollara alıbmış.

Ümumi sahəsi 557 kv. metr olan kərpic evdə 8 yataq otağı var. 7 ay əvvəl evi satışa çıxaran sahibləri adlarının mətbuatda açıqlanmamasını xahiş ediblər. “The Times” qəzeti isə evin Qrimşou ailəsi tərəfindən satışa çıxarıldığını yazıb.

ABŞ-da prezidentin qonşusu olmağın müsbət tərəfləri ilə yanaşı, mənfi cəhətləri də var. Belə ki, Barak Obamanın prezident seçilməsindən sonra Kenvud Çikaqonun ən təhlükəsiz rayonlarından birinə çevrilib. Digər tərəfdən, prezidentin qonşusu olanların rahatlığı da müəyyən mənada pozulub – onlara Obamanın evinin yaxınlığında gəzişmək, öz evlərinə avtomobildə yaxınlaşmaq qadağan olunur, daim ABŞ prezidentinin təhlükəsizlik xidmətinin nəzarəti altında yaşayırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR