Bank Of Baku

Bakıda Azərbaycan-Vyetnam biznes-forumu keçirilib

Bakıda Azərbaycan-Vyetnam biznes-forumu keçirilib
# 08 aprel 2010 08:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Vyetnam Sosialist Respublikası baş nazirinin müavini Huanq Çunq Hayın Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan-Vyetnam biznes-forumu keçirilib.

APA-Economics”in məlumatına görə, Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan tərəfdən dövlət rəsmiləri ilə yanaşı, informasiya texnologiyaları, maliyyə, bank, sığorta, turizm, səhiyyə, ticarət, sənaye, tikinti, neft-kimya, daşınmaz əmlak və digər sahələrdə fəaliyyət göstərən yüzə yaxın iş adamı da iştirak edib.

Forumda Vyetnam baş nazirinin müavini Huanq Çunq Hay və Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov çıxış edərək, iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlıq imkanları barədə məlumat veriblər. Hər iki ölkənin nümayəndələri qarşılıqlı əlaqələrin inkişafında biznes-forumların və işgüzar görüşlərin əhəmiyyətini vurğulayıblar.

Tədbirdə “Azpromo” biznes imkanları və investisiya mühiti, Azərbaycan İnvestisiya Şirkəti qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr, Vyetnam Sənaye və Ticarət Palatası isə ölkənin iqtisadi imkanları haqda təqdimatla çıxış ediblər.

Biznes-forum iki ölkənin iş adamları arasında görüşlərlə davam edib. Görüşlərdə sahibkarlar arasında əməkdaşlıq imkanları müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR