Bu ilin I rübündə Azərbaycanda 158,5 ton keyfiyyətsiz ərzaq məhsulu satışdan çıxarılıb
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu tədbirlər nəticəsində mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə cavab verməyən 158,5 ton müxtəlif ərzaq məhsulları, o cümlədən ət və ət məhsulları, şəkər, bal və qənnadı məhsulları, süd və süd məhsulları, balıq məhsulları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər və s. aşkar olunaraq satışdan çıxarılıb. Bu məhsulların 38,7 tonu qanuna müvafiq qaydada məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 89,5 tonu isə məsul saxlamaya verilib.
Bu dövrdə Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə 8 təsərrüfat subyekti barəsində iş qaldırılıb, bunlardan 7-nə yol verdikləri qanun pozuntularına görə 35,7 min manat maliyyə sanksiyası tətbiq edilib.
Bundan başqa, Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində 288 qərar qəbul edilib və həmin qərarlar əsasında inzibati xətaya yol vermiş şəxslərə 440,9 min manat məbləğində cərimə tətbiq olunub.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin laboratoriyalarında 2010-cu ilin yanvar-mart ayları ərzində ərzaq mallarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi üzrə aparılmış 242 müayinə zamanı 42 halda malların keyfiyyət və təhlükəsizlik göstəricilərinin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmiş və bununla bağlı qanuna müvafiq tədbirlər görülüb.
Bununla yanaşı, hesabat dövründə Azərbaycandan ixrac olunan mallara 2 154 (o cümlədən Ümumi Üstünlüklər Sisteminə (GSP) daxil olan dövlətlərə ixrac olunan mallara) mənşə sertifikatı verilib.
Sahibkarlıq
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Xəbər Lenti
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
FHN Lənkəranda seminar-müşavirə keçirib
NİİM ötən gün Hövsan yolundakı sıxlığa münasibət bildirib, sürücülərə çağırış edib
Dövlət qurumunun adından saxta sənəd hazırlayaraq 250 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
Aİ-nin xüsusi nümayəndəsi: Sülhə gedən yolda Azərbaycana necə dəstək ola biləcəyimiz müzakirə olunur
Fransa səfiri: Azərbaycanın Qarabağdakı yenidənqurma işlərinin miqyasını görmək çox təsiredicidir
Paşinyan: Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olmayıb
Bayraktar: SOCAR-la TPAO “Şəfəq-Asiman” və “Qarabağ” yataqları üzrə əməkdaşlığı genişləndirəcək
Nazir: “TANAP-ın elektrik versiyası” Azərbaycanı Bolqarıstanla birləşdirəcək
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
Alparslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır
Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır
Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olunub
Nazir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir