Bank Of Baku

Məşhur ABŞ qəzetlərində reklam üçün 80%-lik güzəşt təklif olunacaq

Məşhur ABŞ qəzetlərində reklam üçün 80%-lik güzəşt təklif olunacaq
# 09 aprel 2010 14:30 (UTC +04:00)
Bakı - APA-Economics. Məşhur amerikalı mediamaqnat Rupert Merdokun “News Corp.” korporasiyası reklamvericilərə “The Wall Street Journal” və “New York Post” qəzetlərində reklam üçün ciddi güzəştlər təklif etməyə hazırlaşır.

APA-Economics”in “The Financial Times”ə istinadən məlumatına görə, bu qəzetlərdə reklam güzəştləri 79-83% civarında olacaq.

Bu isə ABŞ reallığında olduqca ciddi güzəşt sayılır. Belə ki, hazırda ABŞ-da nəşr olunan qəzetlər reklamvericilərə 50%-lik güzəştlər təqdim edir.

Bundan başqa, R.Merdok Nyu-Yorkda “The Wall Street Journal”ın tirajını artırmaq üçün 30 mln. dollar xərcləməyi planlaşdırır. Bununla o, ABŞ-ın üçüncü ən nüfuzlu qəzeti olan “The New York Times” qəzetinə zərbə vurmağa çalışır. Hələlik “News Corp.” korporasiyası bu haqda deyilənləri təkzib edir.

Qeyd edək ki, 1979-cu ildən fəaliyyət göstərən “News Corp.” korporasiyasına “20th Century Fox” telekompaniyası, “Fox News” telekanalı, “Dow Jones” İnformasiya Agentliyi, “News Outdoor” reklam agentliyi, həmçinin “The Wall Street Journal”, “New York Post”, “The Times” və “The Sun” qəzetləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR