Bank Of Baku

“Rusiya, Azərbaycan və Qazaxıstanda investisiyaların qorunmasının yolları” mövzusunda konfrans keçirilib

“Rusiya, Azərbaycan və Qazaxıstanda investisiyaların qorunmasının yolları” mövzusunda konfrans keçirilib
# 10 aprel 2010 10:16 (UTC +04:00)
Bakı - APA. Almaniyanın Kiel şəhərində “Rusiya, Azərbaycan və Qazaxıstanda investisiyaların qorunmasının yolları” mövzusunda konfrans keçirilir. Bu barədə APA-ya konfransda iştirak edən Qafqaz Universitetinin Beynəlxalq Hüquq kafedrasının müdiri Fərhad Mehdiyev məlumat verib.

F. Mehdiyevin bildirdiyinə görə, konfrans işinə federal Şlezviq-Holştayn əyalətinin parlamentində başlayıb. Rəsmi açılış mərasimində Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri Pərviz Şahbazov da iştirak edib. Səfir Azərbaycanda xarici sərmayənin qorunması üçün yaradılan şəraitdən danışıb.

Konfransa Almaniyanın dövlət strukturlarından başqa, İngiltərə, Belçika, İsveç, İtaliya, Ukrayna, Rusiya və Qazaxıstandan məruzəçilər və qonaqlar qatılıb.

Azərbaycandan konfransda nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə Dövlət İdarəçilik Akademiyasının müəllimi Cahangir Hacıyev, Qafqaz Universitetinin prorektoru Fərhad Mehdiyev, Bakı Dövlət Universitetinin müəllimi Elçin Xələfov, ARDNŞ-in əməkdaşı Nurlan Məmmədov daxildir. F. Mehdiyev konfransda məruzə ilə çıxış edib.

Konfrans Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun təşkilatçılığı ilə keçirilib.

F. Mehdiyev deyib ki, tədbirdəki çıxışlarda MDB ölkələri arasında xarici sərmayənin ən stabil qorunduğu ölkənin Azərbaycan olduğu vurğulanıb.

Qeyd edək ki, aprelin 9-da başlayan konfrans aprelin 11-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR