Bank Of Baku

Azərbaycanda sərinləşdirici içkilər bazarında yoxlamalara başlanılıb

Azərbaycanda sərinləşdirici içkilər bazarında yoxlamalara başlanılıb
# 12 aprel 2010 09:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti sərinləşdirici içkilər bazarında yoxlamalara başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi, 35 ünvanında fəaliyyət göstərən «Mahmud-Topçu K» MMC-li İstehsalat Kommersiya Firmasında sərinləşdirici içkilərin istehsalı və satışının qanunauyğunluğu yoxlanılıb.

Yoxlama zamanı müəssisə tərəfindən istehsal olunan «Kryuşon», «Skazka Vostoka», «Bakı», «Mimino» adlı limonadların üzərində yararlılıq müddətinin normativ-texniki sənədlərdə müəyyən edilmiş müddətdən artıq göstərildiyi (30 gün əvəzinə 90 gün), limonad istehsalı üçün xammal kimi istifadə olunan və hazır məhsulların qablaşdırılmasında istifadə edilən bəzi materialların uyğunluq və gigiyenik sertifikatlarının olmadığı müəyyənləşdirilib. Bununla əlaqədar Dövlət Xidməti tərəfindən «Mahmud-Topçu K» şirkətinin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar limonad istehsalının və satışının dayandırılması, qanun pozuntularının aradan qaldırılması barədə «Mahmud-Topçu K» şirkətinə icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR