Bank Of Baku

Azərbaycanda daha bir səhmdar cəmiyyəti satılıb

Azərbaycanda daha bir səhmdar cəmiyyəti satılıb
# 13 aprel 2010 10:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən aprel ayının 7-də keçirilmiş 558-ci pul hərracında bir səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə ƏMDK-dən məlumat verilib.

Səhmdar cəmiyyəti Sabirabad rayonunda yerləşir və «Sabirabad İnşaat Xidmət» adlanır. Səhmdar cəmiyyətinin nizamnamə kapitalı 28 812 manat, buraxılmış səhmləri 14 406 ədəd, bir səhmin nominal dəyəri isə 2 manatdır.

Hərraca ümumi nominal dəyəri 12 876 manat, ilkin hərrac qiyməti isə 6 438 manat təşkil edən 6 438 səhm çıxarılıb. Səhmlərin hamısı ilkin hərrac qiymətinə olmaqla satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR