Bank Of Baku

Azərbaycan Prezidenti sahibkarlıq sahəsində yoxlamaların nizama salınması ilə bağlı fərman imzalayıb

Azərbaycan Prezidenti sahibkarlıq sahəsində yoxlamaların nizama salınması ilə bağlı fərman imzalayıb
# 13 aprel 2010 20:14 (UTC +04:00)
Fərmana əsasən, istehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun olaraq tənzimlənməsi, aparılan yoxlamalar zamanı səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, həmin yoxlamalar zamanı alınan nəticələrə uyğun olaraq istehlakçıların hüquqlarının effektiv müdafiəsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə iki ay müddətində istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə aparılan yoxlamaların vahid qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Daha sonra, hökumətə sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Sənədə əsasən, müəyyən edilib ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR