Bank Of Baku

Bakıda Belarus Milli Sərgisi keçiriləcək

Bakıda Belarus Milli Sərgisi keçiriləcək
# 14 aprel 2010 12:46 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Mayın 5-dən 7-dək Bakıda Belarus Milli Sərgisi keçiriləcək. Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, sərgi Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil olunacaq.

800 kvadrat metr ərazidə keçiriləcək sərgidə Belarusun 150-dən çox müəssisəsi iştirak edəcək. Sərgidə innovasiya texnologiyaları, ərzaq, kənd təsərrüfatı texnikası, yük və yol-yük nəqliyyatı, maşınqayırma, yüngül sənaye, tibb avadanlığı və s. sahələrə aid məhsullar nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR