Bank Of Baku

Lənkəranda gənc sahibkarlar üçün təlim keçirilib

Lənkəranda gənc sahibkarlar üçün təlim keçirilib
# 14 aprel 2010 20:45 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Gənc Mühasiblər Birliyi Lənkəranda «Regionlarda gənc sahibkarların fəaliyyəti üçün xidmətin təşkili» layihəsi çərçivəsində «Elektron – idarəetmə informasiya cəmiyyətinə aparan yoldur» mövzusunda təlim keçirib.

APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan Birliyin sədri Solmaz Əliyeva təlimin sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənclərin elektron idarəetmə, informasiya cəmiyyəti haqqında müfəssəl bilgi ilə təmin etmək məqsədini daşıdığını bildirib. Təlimçi İlqar Həsənov isə çıxışında yerli istehsalçıların məhsullarının xarici bazarlara çıxarılması, marketing və ticarət sisteminin onlayn internet vasitəsi ilə təkmilləşdirilməsi, xarici alıcı şirkətlərin bazasının artırılması və strukturlaşması kimi vacib məsələlərə toxunub.

Təlimdə iştirak edən 20-dək gənc sahibkar informasiya cəmiyyəti – elektron hökumət, elektron ticarət, elektron imza, elektron sertifikat və s . barədə məlumatlar əldə etməklə yanaşı, Rusiyada və Koreyada bu sahədə formalaşmış sistemlə də tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR